Reklam çarxında hər hansısa mexaniki bir səhvlik müştəridə mənfi emosiya yaradan amillərdən biridir. Reklam istehsalçıları mümkün qədər bu səhvlikləri aradan qaldırmağa cəhd edirlər. Amma olanda olur da...
Bu tip reklam çarxlarına nümunə kimi Nestle şirkətini də göstərmək olar. Aşağıdakı video çarxa diqqətlə baxın:
İlk baxışdan hər şey qaydasındadır. Diqqətli izlədikdə (0:10 saniyədə) "balaca Hadise"nin əlindəki Nestle şokoladının qablaşdırma dizaynı bir az qeyri-adidir.

Məsələ ondadır ki, qablaşdırma guya 1991-ci ilə aiddir. Amma Nestle loqosu ən son yenilənmiş formadadır. Bu yenilənmə isə 1991-ci ildə olmayıb. O zaman bəs niyə reklam çarxında belə səhvlik edilib?
Yəqin fikirləşəcəksiniz ki, "1991-ci ilin qablaşdırmasını haradan tapıb istifadə etsinlər?" Amma bu bizim suala cavab deyil. Çünki Nestle şokoladları "Çoçükluğumdan bir parça" aksiyası üçün 3 reklam çarxı hazırlanıb efirə verilmişdir. Aşağıda digər iki reklam çarxını da görə bilərsiniz:
Amma gördüyünüz kimi bu reklam çarxlarında həmin səhvlik təkrarlanmayıb. Yəqin mənim kimi birisi bu iradı onlara bildirib :)