Sony şirkəti rəsmən "PlayStation 4" yeni nəsil oyun qurğusunu təqdim edib. Şirkət press-reliz yayaraq bildirib ki, qurğu 2013-ci ilin sonunda satışa çıxarılacaq.
Yeni qurğu standart proqram təminatına əsaslanır və X86 arxitekturalı prosessordan istifadə edir ki, bu da oyun yaradıcılarının işini xeyli asanlaşdırmalıdır.
Sony nümayəndələri aparatın oyun sənayesini yeni səviyyəyə yüksəldəcəyinə əminliklərini ifadə ediblər. Xüsusilə, qurğu sosial platformalarla inteqrasiya ediləcək ki, bu da faktiki olaraq tamamilə video oyunlara həsr edilən dünya sosial şəbəkəsini yaratmağa imkan verəcək.
Bundan başqa, PlayStation 4 üçün "DualShock 4" adlandırılan kontroller də təqdim olunub. Kontrollerin əvvəlki modellərdən əsas fərqləndirici cəhəti taçpad (sensorlu idarəetmə), qulaqcıq çıxışı və əlavə düymələrin olmasındadır.
PlayStation 4 2007-ci ildə təqdim olunmuş əvvəlki nəsil PlayStation 3 konsolunu əvəz edəcək.
PS4 kontrolleri
