Bu yaxınlarda dostum və həmkarım Səfər Aslanov məni maraq doğuracaq bir sayta yönəltdi.




İlk ağlıma gələn fikir məni çox sevindirdi. Yəni bizdə də mi ictimaiyyət arasında maraq doğuracaq viral marketinq tədbiri keçirilir?

Və başladım saytı incələməyə, amma çox təəssüf ki, maraq yaradacaq bir şey yoxdu. Təbii ki, yenə ümidlərim "fıs" çıxdı.




Deməli vəziyyət necədi... Yarışmada iştirak edənlər sanki lotoreya oynayır. Müəyyən qaydalar çərçivəsində hər kəs iştirak edə bilər. Amma seçimi yalnız Röya edəcək. Bəs yaxşı hansı yarışmada görülüb ki, qalib bir nəfər tərəfindən təyin edilir? Bu nə dərəcədə ədalətli ola bilər?

Bu bir qırağa... Hələ www.basimiqasi.az saytına yüklənmiş videolardan danışmayım. Çünki danışdıqca xalqın ümumi intelektual səviyyəsi ortaya çıxır və zənnimcə bu hələ acınacaqlı vəziyyətdir. Yəni xalqımız bu tip ssenariya hazır deyil. Hazır olanlar isə artıq belə aksiyalarda iştirak etmək istəmir. Çünki xarici dövlətlərdə çoxlu və bir-birindən maraqlı viral marketinq aksiyaları keçirilib və keçirilir. Onları gördükdən sonra yerli və zəif hazırlanmış aksiyalarda iştirak sosial statusa zərbədir.

Xarici ölkələrdə keçirilən viral marketinq aksiyalarına nəzər salaq:



Belçika - TNT




Fransa - Tic Tac



Niderland - Nivea



Mən daha çox nümunə gətirə bilərəm. Amma bu cür nümunələr Azərbaycan xalqının ürəyini daha çox ağrıdar. Məşhur kinomuzda deyildiyi kimi: "O əjdahadan xaricdə varsa, niyə məhz Azərbaycanda yoxdur?"
Bəziləriniz cavab verəcək ki, "sənə əjdaha lazımdı?" "Bəli, marketinq sektoruna əjdaha da lazımdı, lap yeri gəlsə div də lazımdı."



www.emilalizadeh.com