Sony, CES 2012 sərgisində özünün smartwatch-nu (saatı) böyük ümid ilə təqdim etsə də, texnologiya aləmində o qədər də məşhur ola bilmədi. Daha sonra, həm Samsung Apple şirkətlərinin “ağıllı saatüzərində işlədiyi məlum oldu. İndi, yeni yayılan məlumata görə, Google şirkəti də smartwatch (google watch) üzərində işləyir.


 


Financial Times-ın yaydığı məlumata görə, bu saat üzərində məhz Android komandası məşğul olur. Ağıllı saatın xüsusiyyəti və dəqiq görünüşü barədə heç bir məlumat yoxdur. Nəzərinizə çatdırım ki, Sony Smartwatch-dan savayı, Motorola şirkətinin də  MotoACTV adlı ağıllı saatı vardır.
 
Ehtimal olunur ki, Google Watch, may ayında Google I/O 2013 konfransında ilk olaraq prototipi, ya da tam hazır vəziyyətdə təqdim olunacaq. Əlbəttə ki, bu məlumat təsdiqlənməyib. Əgər, bu təsdiqini taparsa, demək Google bu sahədə də möhkəmlənmək istəyir.