Cənubi Koreyanın "Samsung" korporasiyası yeni Galaxy S4 smartfonunun rəsmi təqdimat mərasimlərində səhnəyə çıxardığı qızlar üçün üzr istəyib.


 


Korporasiya Nyu-Yorkda keçirdiyi təqdimatında səhnəyə çağdaş texnologiyalara bələd olmayan, evdar, eyni zamanda içki sevən obrazlarda qızları çıxarmışdı.

Cənubi Afrika Respublikasının Keyptaun şəhərindəki tanıtım mərasimində isə səhnədə seksual çimərlik geyimində olan qızlar reqs edib. 



Girl Guides saytı bundan hiddətlənərək Samsung-a açıq məktub yollayıb və korporasiyanı "marketinqdə seksist strategiya seçmək"də suçlayıb.

Samsung-un marketinq direktoru Mişel Potye məktuba cavab verib: "Məqsədimiz kimsəyə zərər vermək deyildi. Yaranmış situasiyaya görə üzr istəyirik".