“Marketinq” – hər bir iş , hər bir addım bu sözü eşitdiyim andan başladı. Bəzən bir çoxlarına nağıl kimi gələn və əlçatmaz olan yerlər hərdən bir çoxlarının həllədici başlanğıc nöqtəsi və ya dönüş nöqtəsi olur. Mənim də başlanğıcım məhz yorulmadan, bezmədən, saatlarca təkrarlaya biləcəyim “Marketinq” ilə oldu .Ümumiyyətlə, nəinki marketinqdə elecə də digər peşələrə də sadəcə peşə kimi deyil, həyat fəlsəfəsi kimi baxmaq lazım olduğunu duşünürəm. Necə ki nəfəs almaq və yaşamaq ayrı-ayrı anlayışlardır. Yəni işləmək başqa, sevdiyin işlə məşğul olub yaşayıb yaratmaq başqa bir həyatdır.
İzlədiyim videoların birində insanların gözündə marketoloqların “yalançı” kimi göründüyü deyilirdi. Bu haqda çox fikirləşdim və niyə məhz yalançı? bu suala cavab tapmağa çalışdım. Nəhayət, belə qərara gəldim ki , bu ancaq marketinqdən anlayışı olmayan insanlara məxsus bir düşüncə ola bilər. Çünki əksinə marketinqin iş prinsipi yalanlar ı iflasa uğratmaqdan ibarətdir. Marketinqə verilən tərifdə deyildiyi kimi- marketinq istehlakçıların tələbatlarını, onların nə istədiklərini daha yaxşı öyrənməkdir. Bu istiqamətdə də işlər aparmaq üçün doğru olanları seçmək lazım gəlir ki, bu da qeyd etdiyim düşüncəni iflasa uğradır.
Bir az əvvələ qayıtmaq və bəzi mühüm nüansları qeyd etmək istəyirəm. Gəlin düşünək öncədən sadəcə kütləvi şəkildə istehsal gedirdi. İstehlakçının istəyi, tələbatı nəzərə alınmadan müəyyən məhsullar istehsal olunurdu.İnsanlar da sanki belə olmalıymış kimi həmin məhsulları alıb istehlak edirdilər. (istifadə edirdilər) Yəni, seçim azadlığı yox idi.Nə var idi isə onunla da qane olmalı idin. Həqiqətən də çox mürəkkəb bir vəziyyət alınmışdı.Ancaq ən təəccüblüsü isə o idiki belə bir halda da razı olanlar azlıq təşkil etmirdi. İndi bəs necədir? Hər an hər dəqiqə insanların tələbatlarını daha yaxşı ödəmək məqsədilə yeni məhsul istehsal etmək üçün düşünən beyinlər mövcuddur. Məhz bu beyinlər insanları yüksək seçimlə, rahatlıqla təmin edir. Bir sözlə - atılan hər bir addım ilk öncə insanları düşünərək atılır. Nəticədə isə yüksək səviyyəli və keyfiyyətli bir xidmət ortaya çıxır.Gəlirəm əsas məsələyə bəs bütün bunların əsasında hansı düşünən beyinlər durur?Cavabımı indi də həmişə də çox qürur hissi ilə deyəcəm : “Marketoloqlar”. Bəli, istehakçı tələbatının elecə də biznes mühitinin nəbzini tutan məhz bu insanlardır.
İndi isə məni marketinqə bağlayan 2 əsas məsələni qeyd etmək istəyirəm:
1.İnsan amili- bu məni marketinqdə cəlb edən ən əsas məsələdir. Böyük büdcəyə sahib olan bir şirkət ola bilər.Hətta dünya miqyasında tanınmış bir holdinq də ola bilər. Ancaq hər iki halda bu uğurun əsasında ən başda insan (müştəri) dayanır. Çünki nə istehsal etməyindən nə xidmət göstərməyindən asılı olmayaraq ilk öncə sənin müştərin olmalıdır ki, onsuz sən heç kimsən. Məhz bu yerdə də marketoloq dövriyyəyə girir. Potensial müştəriləri tapır, onların nə istədiklərini öyrənməyə çalışır. Bu prosesdən sonra effektli bir biznes fəaliyyəti haqqında danışmaq olar. Göründüyü kimi nailiyyətin əsasında insan (müştəri) və onu müəyyən edən marketoloq durur. Yəni marketinq əvəzolunmazdır.
2.İnformasiya amili – bu demək olar ki, marketoloqun işində çox maraqlı və çox da çətin bir fəaliyyətdir. Qeyd etmək lazımdır ki, hal-hazırda informasiya müharibəsi gedən bir dövrdə yaşayırıq və lazımi informasiyaları seçmək, onları nəzarətdə saxlamaq mürəkkəb məsələlərdən birinə çevrilmişdir. Yaxşı marketoloq olmaq üçün isə daima informasiya ilə işləmək lazım gəlir. Kim çox informasiyaya malikdirsə o da qalib olur. Ancaq çox dediyimdə nəzərdə tutduğum lazımsız informasiya artıqlığı deyil. Çünki bu yanlış yerə aparır. Beləliklə bu amilin (informasiyanın) əsas müştərisinin marketoloqlar olduğunu deyə bilərik.
Sonda isə qeyd etmək istərdim ki, mən marketinqin artıq bir müalicə üsulu olduğunu düşünürəm. İstehlakçının şikayətlərini nəzərə alaraq onun dərdinə çarə tapmağa çalışan marketoloqlara isə “Biznesdoctorman” adını vermək olar. Bütün bu yazdıqlarıma görə mən məhz “Marketinqi” seçirəm və Niyə də Marketinq yox ? deyirəm!