Mən artıq 3-cü kurs tələbəsiyəm və ixtisasım marketinqdir. İxtisasımı məndən soruşanlara deyəndə mənə verilən sual “Niyə məhz marketinqi ixtisası?” Bunun səbəbini mən sizlərə bildirmək istəyirəm.



Qəbul imtahanlarına hazırlaşmamışdan qabaq mən ixtisas qrupumu seçdim. Bu, 2-ci qrup idi. Üstünlük verdiyim ixtisaslar menecment və marketinq idi. Düzünü desəm, mən menecmenti istəyirdim, lakin 1 bal çatmadığı üçün menecmentə deyil, marketinq ixtisasına qəbul olundum. Əvvəlcə heç də sevinməmişdim, hətta sonra ixtisasımı dəyişməyi də fikirləşirdim. Çünki mənim menecment barədə məlumatım marketinqlə bağlı məlumatlarımdan çox idi. Eyni zamanda, insanlara ixtisasımın marketinq olduğunu bildirəndə verilən saysız-hesabsız sualları cavablandırmaqdan da bezmişdim. Artıq 3-cü ildir ki, bu ixtisas üzrə təsil alıram və hələ də "Marketinq nədir?""Nə işlə məşğul olacaqsan?" kimi suallarla hələ də qarşılaşıram. Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi insanlara marketinq deyəndə ağıllarına gələn ilk fikir şəbəkə və ya piramida marketinqi adlandırılan və dünyada getdikcə qurbanları artan qeyri-etik marketinqdir və bu zaman təbii ki. onlar ixtisasıma qarşı formalaşan mənfi rəylərini deyirlər. bundan sonra onlarla uzun-uzadı dialoq başlayır. Universitetə qəbul olunanda ixtisasımı dəyişmək və təhsilimə menecment ixtisası ilə davam etdirmək barədə fikrimdən vaz keçdim və öz ixtisasımı sevməyə başladım. Səbəb? Çünki mən özümü marketinqdə görməyə başladım. əvvəllər məndə elə bir fikir formalaşırdı ki, yox mən bu ixtisasın öhdəsindən gələ bilməyəcəm, amma indi isə heç də belə düşünmürəm. Niyə də mən marketoloq ola bilmərəm? Mən araşdırma aparmağı xoşlayıram. Marketinqin əsas mərhələsi elə məhz bazarın araşdırılması, istehlakçı tələbatının aşkar edilməsindən başlayır. Müasir marketinq konsepsiyası istehlakçı yönümlüyü özündə əks etdirir. Təsadüfi deyil ki, artıq satış xidməti struktuları artıq istehlakçıya yönümlü satış strategiyalardan istifadə edirlər. İstehlakçıyı tədqiq etmək, onu başa düşmək, arzu və ehtiyaclarını anlamaq üçün daim araşdırma aparmaq, əldə olunan informasiyaları yeniləmək və informasiya toplamaqda fasiləsizlik, bir sözlə, operativ olmaq lazımdır.



Marketinqlə bağlı keçirilən çoxsaylı fənlər, əslində, marketinqin mənim təsəvvür etdiyimdən də geniş bir məfhum olduğunu göstərdi. Marketinq təkcə iqtisadi proses deyil. Əslində, hər birimiz öz həyatımızın marketoloqlarıyıq. Öz şəxsi marketinqimizi qururuq. Şəxsi brendimizi yaradırıq. Bunu biz məktəb illərimizdən başlayırıq. Məktəbdə, universitetdə və ya işdə hər birimiz yaratmış olduğumuz şəxsi brendimizə görə tanınırıq. Məhsulda düzgün marka siyasəti olduğu kimi şəxsi brend formalaşdırılmasında biz düzgün strategiya fikirləşməli və adekvat taktikalarımızdan sitifadə etməliyik.



Marketinqi mənim üçün maraqlı edən əsas məqamlar:


- Marketinqin özündə hərb elementlərini əks etdirməsi. Marketinqdəki strategiyalar hərbi strategiyalara bənzədilir. Məsələn, hərbdə düşmənlərin psixoloji olaraq zəiflədilməsi marketinqdə isə rəqiblərin psixoloji zəiflədilməsi;


- Marketinqin dinamikliyi, operativliyi sevməsi, daim yeni informasiya axtarışında olmağı, araşdırma ruhu;


- Marketinqdə mübarizə aparmaq, hədəf seçmək və ona çatmaq istəyi;


- Əmək bazarında bu ixtisasa tələbin olması. Çünki heç kəs diplomlu işsiz olmaq istəməz. Təbii ki, tələb olunan ixtisası seçmək və onu öyrənmək, ixtisasının peşəkarı olmaq lazımdır;


- Marketinq rəngarəngdir.



Məhz bunlara görə mən öx ixtisasımı sevirəm və onu yaxşı öyrənməyə çalışıram.



Mən bəzi insanların marketinqə qeyri-ciddi bir peşə kimi baxmaqlarını başa düşə bilmirəm. Bəli, marketinq riskli bir peşədir, amma çox maraqlıdır və bunu da qeyd etmək yerinə düşər ki, RİSK ETMƏYƏN ŞAMPAN İÇMƏZ. Əgər marketinq qeyri-ciddi peşədirsə, onda niyə marktinqə ehtiyac var? İstehlakçıları anlamaq asandırmı? Təbii ki. Əgər sadə olsaydı. onda insanların davranışlarıbnı tədiqi edən institutlar var? niyə bir çox şirkətlər ixtisaslaşmış marketinq şirkətlərinin xidmətlərindən istifadə edir? Niyə bunlara kulli miqdarda xərclər çəklir? Əgər istehsal olunan məhsul barədə potensial istehlakçılara məlumat çatdırılmasa, onda necə məhsualun satış həcmini artıqmaq və bununla da yüksək mənfəət əldə etmək olar?



Hər kəsə öz işlərində uğurlar və daim birinci olmaqlarını arzu edirəm.