İnternet şirkəti Amazon kitab müzakirəsi aparılan Goodreads saytını almaq niyyətindədir. Bu barədə şirkətin rəsmi məlumatında bildirilib.
 
Bu aktivi almaqla Amazon fəal kitab alan və başqalarına kitab almağı tövsiyə edən kitab həvəskarlarını cəlb edəcək.
 
"Goodreads axtarış və kitab müzakirələr üsulunu dəyişə bildi, Amazon isə Kindle (e-kitab) vasitəsi ilə bütün dünyada oxumağı təbliğ etməyi bacardı", deyə Amazon saytının vitse-prezidenti Rass Qrandinetti (Russ Grandinetti) press-relizdə qeyd edib.
 
Goodreads-in qərargahı San-Fransiskoda yerləşir. Saytın təsisçisi Otis Chandler-dir. Goodreads istifadəçilərinin ümumi sayı 16 milyon nəfərdən çoxdur. Əldə edilən məlumata əsasən, ikinci rübdə bağlanması gözlənilən razılaşmanın şərtləri haqda heç bir məlumat verilməyib.