IHS iSuppli analitik şirkətinin proqnozuna əsasən, netbuklar 2015-ci ilədək "məhv" olacaq. 2013-cü ildə cəmisi 3,97 milyon netbuk tədarük edilib ki, bu da 2012-ci ilin göstəricisindən 72% azdır.
 
Xatırladaq ki, 2012-ci ildə 14,3 milyon, 2010-cu ildə 32,14 milyon netbuk tədarük edilib. Analitik şirkətin məlumatına əsasən, qarşıdakı ildə sözügedən kompüterlərin tədarük həcmi 264 minədək azalacaq.
 
Qeyd edək ki, artıq bir çox iri istehsalçılar netbuk istehsalını dayandırıblar.