Applenin Siri tətbiqindən sonra dəbdə olan səslə idarə proqramları, Android üçün də hazırlanmağa başladı.


Google-nin uzun bir müddətdir Android-in istifadə etdiyi müvəffəqiyyətli bir səs qəbul edici sistemi var. Bu sayədə veb saytlarda işləyən zaman, mesaj yazarkən də səsli komandalarımızı telefona uğurlu bir şəkildə ötürə bilirik.


Təbii qalmaqal yaradacaq bir inkişaf olmasa da olduqca müvəffəqiyyətli və stabil gedən bir əməliyyatdır. Reklamını yaxşı edən firma olan Apple-nin SİRİ\'nin çıxarması ilə səsli əmr, səslə idarəyə keçib.


Inkişaf etdirdiyi Swype klaviatura ilə mobil istifadəçilərə fərqli bir yazı təcrübəsini təqdim edən Nuance, Android üçün yeni bir səslə idarə tətbiqi yaradıb.


Dragon Go adındakı tətbiq tamamilə ödənişsiz olacaq. Tətbiqin SİRİ\'nin fərqi isə sizlərə səsli olaraq cavab verməməsi olacaq.


İlk təəssüratları müsbət olduğu proqrama, səsli cavab dəstəyinin gələcəkdə də olması gözlənilir.


Dragon Go, rezervasiya edə bilir və bir çox hava vəziyyəti saytlarından məlumatalıb sizlərə ən doğru nəticəni verir.


Yalnız Amerika bölgəsindəki Android Marketdə açıq olan tətbiqi, Root edilmiş Android ROM\'-ara quramaq olar. Amma xidmətlər Amerika ilə uyğundur. Bu bölgədə necə işliyir bilmirik. Bundan başqa çıxış dilinizin də ingiliscə olması lazımdır.