Spider Group digital-agentliyi tərəfindən unikal iPad-təqvim hazırlanmışdır. iPad-ə daxil olan on iki slayd on iki ay mənasındadır.
Sladları yünqül əl hərəkətilə çevirmək və yerlərini dəyişmək mümkündür. Planşetdə hamıya tanış olan oyunlar, sosial şəbəkələr və hətta Instagram-ın olması diqqəti cəlb edir. SpiderPAD öz elektron oxşarından fərqlənmir. O, yüngüldür, daha funksionaldır, zərbəyə davamlıdır, sınmır və bezdirici çızıqlar da ekranda görünmür. Cihazı qorumaq üçün dəstə keçədən hazırlanmış üzlük də daxildir.
Bu Yeni il dəsti olduğu üçün qablaşdırılması müvafiq olaraq bayram əhval-ruhiyyəlidir. Beli ki, əl işi üçün kağızdan şam ağacları kəsilib, üstünə biser düzülüb və ağacın başına ulduz yerləşdirilmişdir. Hamısı lent ilə bağlanıb, üzərinə zınqırov taxılıb və ən duyğulu arzular əlavə olunub.