Yaponiyanın "Sony" şirkəti yeni "Xperia ZR" smartfonunu təqdim edib. Sözügedən aparatın əsas dizaynı "Xperia Z" smartfonunu xatırladacaq.
Digər texniki xüsusiyyətlər aşağıdakılardır:
• 1280x720 piksel təsvir ölçülü 4.6 düymlü ekran;
• 1.5 QHs takt tezliyində dördnüvəli "Qualcomm Snapdragon" prosessoru;
• 2 QB əməli yaddaş;
• 13 meqapiksellik əsas kamera;
• 8 QB-lıq daxili fləş-yaddaş. Onu "MicroSD" kartı vasitəsilə artırmaq mümkündür.
• Akkumulyatorun tutumu 2300 milliamper/saatdır. Smartfonun çıxarılma tarixi barədə hələ ki heç bir məlumat yoxdur.
