Samsung şirkəti Samsung Galaxy S4-ün yeni reklam çarxlarını təqdim etdi. Yeni flaqman smartfonunun reklam şirkəti çərçivəsində Samsung şirkəti yeni Samsung Galaxy S4 modelinin yeni funksiyalarını nümayiş etdirən promo-çarxlar da mediyaya təqdim etdi.


 
Eyni zamanda, samsung şirkəti Galaxy S4 modelinə həsr edilmiş yeni reklam çarxını buraxaraq, yeni modelini tərifləməklə yanaşı, həm də iPhone modelinə "ilişmək" fürsətini qaçırtmır.
 
Sözügedən çarxda Galaxy S4 modelinin, smartfonun üzərində bir əl toxunuşuyla zəngə cavab, NFC üzrə faylların ötürülməsi, ekrana toxunmadan mesaj mətninin oxunması, televizor üçün distans pult kimi istifadə, multiframe fotoçəkiliş və s. kimi müxtəlif maraqlı funksiyaları göstərilmişdir.
 
 
 

 


 Yeni modelin promo-çarxları: