Foto icad olunduğu gündən uzun illərdir ki, insanların maraq dairəsindədir. Hələ körpə yaşlarından ömrümüzün hər dövründə foto daim aktuallığını saxlayır. Çünki həyatın bir anını əks etdirən kadrlar sonradan insanlar üçün çox dəyərli xatirəyə çevrilir. Məhz bu aspektdən hazırda dünyada foto biznesi kifayət qədər böyük bir sektor sayılır.
Azərbaycanda isə bu biznes sahəsi son 10 ildə inkişaf etməyə başlayıb desək, yanılmarıq. Gəlin baxaq, ölkəmizdə foto ilə bağlı hansı xidmətlər təklif olunur.
1. Xarici brendlerin (kodak, fujifilm) distributorluğunu alan şəxslər. Bu tipli obyektlərin əsas fəaliyyət istiqamətini şəkillərin yerində çəkilib çap olunması, təhsil müəssisələri üçün venetka çəkilişləri və ən əsası şadlıq sarayları ilə birgə əməkdaşlıq təşkil edir.
2. Sırf foto texnika və aksesuarların satışı ilə məşğul olan mağazalar. Belə mağazalara şəhərimizdə az az rast gəlmək olar. O baxımdan Bakıda fotoaparat almaq istəyənlər daha çox telefon mağazalarına yaxınlaşır.
3. Fərdi fotoqraflar - bu kateqoriyanın özü də iki hissəyə bölünür :
- "Telefon mağazalarından professional fotoaparat alan şəxslər". Hansılarki mağazadan evə qayıdan kimi adlarına "photography" hissəsini əlavə edib facebook səhifəsi açırlar. Təkcə facebook sosial şəbəkəsində onlarla bu tipli şəxsi fotoqrafiya sehifələri tapıb çox aşağı qiymətə fotolarınızı çəkdirə bilərsiniz. Bu tip xidmətdə qiymət əsasən çəkilmiş foto sayına uyğun olaraq dəyişir. Burada ilk olaraq qarşıya qoyulan məqsəd fotoaparata qoyulan xərci çıxarmaqdır.
- Professional fotoqraflar: bu seqmentə artıq uzun müddətdir ki, fotoqrafiya sahəsi ilə məşğul olan təcrübəli insanlar aiddir. Bu seqmentdə xidmətin qiyməti şəkil sayına görə yox, fotoqrafın şəxsi nüfuzuna əsasən təyin edilir və elastikdir.
4. Foto studiolar - bir neçə fotoqrafın birlikdə qrup şəklində fəaliyyət göstərən fotostudiolar və yuxarıda qeyd etdiyim professional, artıq öz sözünü demiş fotoqrafların şəxsi fotostudioları var ki, burda da qiymət çəilişin qiymətinə əlavə olaraq çəkiliş saatına görə studionun icarəsinə hesablanır.
Ümumilikdə Azərbaycanda foto xidmətləri sürətlə inkişaf etsədə, hələki bu istiqamətlər üzrə yekunlaşır. Xarici ölkələrlə muqayisədə bu sektor üzre kifayet qədər boşluqlar olduğunu görə bilərik.
1. Fotoqraflarda ixtisaslaşma çox zəifdir və ya yoxdur. Məsələn, bugün adında "Wedding photography" hissəsi olan web səhifəyə girərək asanlıqla orada başqa janrlı çəkilişləri görə bilərsiniz. Fotoqrafların portfoliosunda istənilən janrda çəkilişlər görə bilərsiniz, fotoqraf üçün müxtəlif janrlarda çəkə bilmək uğurlu sayıla bilər amma dünya praktikasında bu hal elədə peşəkar qəbul edilmir.
2. Bu sahənin adamları yaxşı arashdirma aparmırlar, məsələn elə fotoqraf var ki, illərdir bir janr çəkilişi eyni məkanlarda və eyni pozalarda çəkir. Qısacası yaxşı arashdirma aparmağa tənbəllik edir və ya kreativ yanaşma zəifdir. Burda həm də məsələ fotoqrafların tək işləməyindədir. İşlərini düzgün və səmərəli idarə etmək üçün marketing bilikləri yaxşı olan menecerlerlə işləsələr, həm müştəri məmnuniyyəti cəhətdən həm də gəlirlilik baxımından daha effektiv nəticəyə nail olmaq olar. "Click Photo Agency" olaraq ölkəmizdə fotoqrafiya sahəsində yeni bir iz qoymağı hədəfləmişik. Bu istiqametdə bir sıra yeniliklər gətirərək ilklərə imza atmış olacıq. İnsanlara keyfiyyətli xidmət və dəyər bəxş etmək strategiyamızda başlıca yer tutur.