Android, smartfon bazarında lider platforma olsa da, amma planşet bazarında liderliyi iOS əlində saxlayırdı. Son zamanlar, yayılan məlumatlarda da, Apple-ın bazarda payı azalmağa doğru gedirdi. İndi, həmişə olduğu kimi, analitik şirkət IDC-nin hesabatına görə, dünyada olan planşetlərin yarısından çoxu (56.5%), Android ƏS ilə işləyir.
IDC bildirir ki, 2013-cü ilin ilk rübündə 49.2 milyon planşet satılmışdır. Onlardan, 27.8 milyonu Android ilə işləyən cihazlardır. 19.5 milyon isə, Apple (iOS) planşetləri təşkil edilmişdir. iOS-un payı da 58.1%-dən aşağı düşərək, 39.6% enmişdir.

Nəzərinizə çatdıraq ki, Android, planşet bazarında demək olar ilk dəfədir ki, birinci pillədə qərarlaşır. Əlbəttə ki, bundan sonra, yerlər dəyişəcəkmi bilinmir. Amma, hal-hazırda hər iki sektorda Android liderdir.