"Google I/O 2013" konfransında internet nəhənginin icraçı prezidenti Vik Qundotra "Google+" sosial şəbəkəsinin dizaynının dəyişdirilməsi haqqında bildirib. Əvvəlki dizayn sütunlar ilə əvəzlənib. Ekranın parametrlərindən asılı olaraq, sütunların sayı 3 də ola bilər.
Sözgedən sütünlarda yazılar əks olunacaq. Foto və yüksək təsvir ölçülü videoçarxlar ekranın bütün sahəsini tutacaq. Həmçinin bir sütunlu baxış rejiminə keçid imkanı nəzərdə tutulub.
