Bu ilin yanvarında Amerika idarəsi Google şirkətinə qarşı, internet-axtarış sisteminin iş təcrübəsi ilə bağlı araşdırmanı bağlayıb. Amerika KİV-i bildirir ki, hazırda araşdırma ilkin mərhələdədir.
ABŞ-ın Federal Ticarət Komissiyasının mətbuat xidməti bu araşdırmanı hələ ki, şərh etmir. Buna baxmayaraq, məlumdur ki, idarə Google şirkətinin bazarda lider mövqeyindən istifadə edərək reklam vericilərini məcburən öz reklam servislərini istifadə etdiyini aşkar etməklə məşğuldur.
Hazırda Amerikanın banner reklamı bazarı 17,7 milyard dollara qiymətləndirilir. Ekspertlər deyirlər ki, son iki il ərzində Google aqressiv olaraq müvafiq bazarda payını artırıb və burada onun heç də bütün yanaşmaları pozitiv qəbul edilməyib.
Eyni zamanda, Kanadanın rəqabət üzrə bürosu bildirib ki, Google şirkətinin internet-axtarış bazarında fəaliyyətini araşdırmağa hazırlaşır. Analoji araşdırma Avropa İttifaqında aparılır və burada şirkətin törəmə müəssisəsi olan Google Motorola Mobility-nin fəaliyyəti araşdırılacaq.
Şirkətdən telekommunikasiya patentlərindən sui-istifadə etməsi ilə bağlı şübhələnirlər. Google şirkətinin özündə də son məlumatlar şərh edilmir, lakin bildirilir ki, şirkət həmişə hakimiyyət orqanları ilə əməkdaşlıq edib.