İslandiyada çəkilmiş Samsung Galaxy S4 flaqman smartfonunun reklamını Apple şirkətinin ünvanına yönəldilmiş qeyri-adi və qəribə anti reklam adlandırmaq olar. Apple-a qarşı olan sərt atmacalarına davam edən Samsung bu dəfə çox daha absurd bir atmacası ilə qarşımıza çıxır. "Sími sem skilur þig" adlandırılan bu çarx, İslandiya dilindən tərcümədə "Sizi anlayan telefon" deməkdir. Çarxdan Apple istifadəçisinin gerçək bir almayla telefon vasitəsilə əlaqə saxlamağa çalışarkən Samsung istifadəçisinə necə çevrildiyini və bir anda səhnəyə daxil olan ninjaların hücumunu müşahidə edirik.