Budweiser-in 85 ölkədə reallaşacaq qlobal musiqi kampaniyasında Rihanna ilə yanaşı məşhur Amerika repperi Jay-Z da iştirak edir. 15 İyul tarixində başlayacaq “Made for Music” adlı bu geniş miqyaslı kampaniyanın “One Hour Photo” və “Never Let Me Go” kimi çarxlarla yanaşı Madonna və Michael Jackson kimi məşhur simaların kliplərinin rejissorluğunu öhdəsinə götürmüş "Mark Romanek" idarə edir. Kampaniyaya gələn həftə dünyanın 85 ölkəsində start veriləcək.
Televiziyada ulduzların iştirakıyla çarxlar və satışda məhdudlaşdırılmış qablaşdırmada pivələr buraxılacaq, həmçinin kampaniya onlayn olaraq, çöl reklamında və icraçıların konsertlərində də dəstəklənəcək. Çarxlarda motivasiya yönümlü sloqandan da istifadə olunub.
AdAge-dən verilən məlumata əsasəm, bu markanın ümumdünya bazarına çıxmaq üçün ilk cəhdidir. Bud qlobal reklamların direktoru Ricardo Marques-in sözlərinə görə, musiqinin "universal dili" "mədəniyyətləri, dilləri və insanları müxtəlif təcrübəylə birləşdirərək" Budweiser şirkətini "pop-mədəniyyətin ikonası" kimi təqdim etməyə kömək edəcək. Budweiser-in 10 milyon Facebook pərəstişkarları və təxminən 18,000 Twitter təqibçiləri var.

