Alman mütəxəssisləri “Lernstiftу” adlanan “ağıllı” qələm hazırlayıblar. Yeni ixtira əllə yazılmış mətndə orfoqrafik səhvləri müəyyən edərək istifadəçiyə bu barədə məlumat verir.
Qələm xüsusi sensorla təchiz edilib. Texnologiya qələmin içərisindəki mini-kompüter (Linux bazasında) sayəsində reallaşdırılıb. Mətn yazılandan sonra Wi-Fi vasitəsilə smartfon və ya planşetə göndərilir ki, burada onun yoxlanılması prosesi aparılır.
Hələ ki, “ağıllı” qələm alman və ingilis dillərini “başa düşür”. Mütəxəssislər bu siyahıya ispan və rus dillərinin də daxil edilməsi üzərində işləyirlər.
Sözügedən qələm ilk növbədə məktəblilər üçün nəzərdə tutulub. Hazırda ixtiraçılar maraqlı ideyanın təkmilləşdirilməsi və kommersiyalaşması üçün vəsait toplayırlar.
