"HTC" şirkəti 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 8 meqapiksellik kamera ilə təchiz edilmiş "Desire 500" smartfonunun çıxarılmasını elan edib. Sözügedən aparat 800x400 təsvir ölçülü 4.3 düymlük ekran, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş, "microSD" slotu, "Bluetooth 4.0", "Wi-Fi", "GPS" "NFC" modulları ilə təchiz edilib. Smartfonun ölçüləri 132×67×9,9 millimetr, çəkisi 123 qram təşkil edir.

İstehsalçı əmin edir ki, 1800 milliamper/saat tutumunda akkumulyator "3G" şəbəkəsində 12 saat və ya gözləmənin rejimində 18 gün danışıq üçün kifayət edəcək.