Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, 2012-ci ildə müxtəlif qiymətləndirmələrə əsasən, dünyada 120-130 milyon belə qurğu tədarük edilib.


 


Cari ildə tədarük həcminin 225 milyon ədədə çatacağı gözlənilir ki, bu da 85 faizlik artıma bərabər olacaq. Analitiklər güman edirlər ki, artıq 2013-cü ilin sonuna planşetlər satış həcminə görə ənənəvi fərdi kompüterləri həm istehlak, həm də korporativ seqmentdə ötəcək. Amma fərdi kompüterlər ümumu satış həcminə görə hələ də liderlik edir. Belə ki, ilin yekunları üzrə dünya bazarının həcmi 322 milyon ədəd səviyyəsində proqnozlaşdırılır.


 


Bundan başqa, “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşetlərin də populyarlığı sürətlə artır. Hazırda bu sistem demək olar hər satılan planşetdə quraşdırılıb. Ən populyar qurğular isə hələ ki “Apple” şirkətinin “iPad” “iPad Mini” planşetləridir. Cari ildə diaqonalı 9 düymdən az olan satılmış planşetlərin ümumi payının 66 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu kateqoriyada 7-9 düymlü ekrana malik qurğuların daha populyar olacağı gözlənilir. Onların payı müvafiq olaraq 35 və 15 faiz təşkil edəcək.