“Google” “Android” əməliyyat sistemi ağıllı telefon bazarındakı rəqiblərini əzib keçməyə davam edərək “Apple” və “Blackberry” kimi şirkətlərin problemlərini də artırmağa davam edir.
“IDC” araşdırma şirkətinin Çərşənbə günü nəşr etdiyi son məlumatlara görə “Apple”nin qlobal bazardakı payı bir əvvəlki il 16,6% ikən bu ilin ikinci rübündə 13,2%-ə geriləyib. “Android” əməliyyat sistemi istifadə edən cihazların nisbəti isə 69,1%-dən 79,3%-ə yüksəlib.
Bu məlumatlar bir zamanlar bazarın lideri olan “BlackBerry” üçün istehsal etdiyi yeni məhsullara baxmayaraq ciddi şəkildə pisdir. “BlackBerry” əməliyyat sistemi istifadə edən cihazların bazar payı ikinci rübdə ötən ilə görə 2% düşərək 2,9%-ə geriləyib.
“Google”, “Android” əməliyyat sistemini telefon istehsalçılarına ödənişsiz verərək qazancı modelin reklamlardan qazanmaq üzərinə qurub. “Google” uzun müddətdir elektronika nəhəngi “Samsung”un istehsal etdiyi cihazlara həyat verərkən, son dövrdə məşhur istehsalçılar “Lenovo”, “Huawei” və “ZTE” də “Google”dan faydalandı.
“İnkişaf etməkdə olan ölkələrdə inanılmaz böyümə görürük”- deyən mobil çip istehsalçısı olan nəhəng “Qualcomm”un İcraçı direktoru Steve Mollenkopf “Andorid”i mənimsəyən şirkətlərin böyüməyə başladığını söyləyir.
Bazar dəyəri isə təbii ki, mənfəət əldə etməklə eyni şey deyil. “Apple” rəqiblərinə görə məhsullarını daha yüksək qiymətdən sata bildiyi üçün “iPhone”larından daha yüksək gəlir əldə edir. “Apple”in fəaliyyət mənfəəti ikinci rübdə 5,99 milyardkən gəlir marjası da 33% olarkən, “Samsung”un gəliri 5,63 milyard və gəlir marjası 19% olub.