Skype-ın hazırladığı yeni reklam çarxı Denis adlı bir şəxsdən bəhs edir. O, ailəsindən, Uqandada yaşayan oğlundan uzaq düşərək Pensilvaniyada yaşayır və işləyir. Skype-ın köməyilə Denis həyatında ilk dəfə ailəvi fotoşəkil əldə edir. Biz bu reklam çarxını "Kann şirləri" mükafatının namizədləri arasında görə bilmədik, amma peşəkarlar bu çarxı gümüş, hətta qızıl mükafatçılar sırasında görürlər. Yəqin ki, bu gələn il reallaşacaq.