Canon sentyabr ayında ilk Facebook paylaşımını dəstəkləyən fotoaparatını buraxmağa hazırlanır. Canon "PowerShot N" üzərində Facebook logolu düyməyə basaraq fotoşəkillərinizi Facebooka yükləmək, paylaşmaq və fotoapparat üzərindən fotoşəkil və videolara şərh yazmaq mümkün olacaq.
Canon ötən aylarda sosial şəbəkələr üçün hazırlanan "PowerShot N" fotoaparatını təqdim etmişdi. Bu modelə Facebook inteqrasiyasını da əlavə edən Canon, artıq Facebook uyumlu ilk sosial fotoaparatını bazara buraxmağa hazırlanır. Orijinal "PowerShot N" kabelsiz şəbəkələrə bağlanma xüsusiyyəti ilə fotoşəkilləri mobil cihazlara köçürmə imkanına malik olduğu halda, "PowerShot N Facebook" fotoşəkilləri həqiqətən Facebook-a yükləmə imkanına malikdir.
Facebook dəstəkli "PowerShot N" kabelsiz şəbəkələrdən faydalanaraq paylaşım etmə imkanı yaradır. Lakin cihazın 3G və 4G sistemlərindən istifadə hələ aktiv deyil. Kabelsiz şəbəkə əlaqəsi olan hər yerdə problemsiz olaraq istifadə edə biləcəyiniz cihaz, çəkdiyiniz fotoşəkilləri yalnız tək bir düyməyə basaraq Facebook sosial şəbəkəsinə birbaşa olaraq paylaşmanızı təmin edərək sizi artıq vaxt sərf etməkdən azad edəcək.
Kamera yanvar ayında təqdim olunan orijinal PowerShot N ilə eyni xüsusiyyətləri daşıyır. 12.1 megapiksel yığcam kamera, 8x zoom, 28 mm geniş bucaqlı lens və 2,8 düymlü LCD ekranla toxunma; PowerShot N üzərindən fotoşəkillərin üzərində rəng, işıq effektləri də vermək imkanına maliksiniz.
Orijinal PowerShot N-dən fərqli olaraq, bu modelin satışı yalnız online olaracaq. Fotoapparatın $299,99-dan satışa çıxarılması gözlənilir. Facebook telefonlarından sonra Canon Facebook kameralarının da yolunu açdığı görünür.

