Yota Devices şirkəti Yota smartfonunu noyabrda keçiriləcək təqdimetmə mərasimindən sonra bazara çıxaracaq. Hal-hazırda "Evroşəbəkə", "Meqafan", MTC və digər şəbəkələrlə danışıqlar aparılır. Hələ ki, riteyllardan heç biri ekskluziv müqavilənin şərtləri ilə razılaşmır. Xatırladaq ki, Yota Phone "Kan şirləri" festivalında öz yaradıcılarına İnnovation Lion nominasiyasını qazandırmışdı. 


 


Smartfon 2 ekranlıdır: daimi işləyən və enerjiyə qənaət edən sensorlu, ağ-qara ekran. CNBC kanalına müsahibəsində Yota Devices şirkətinin general direktoru Vladislav Martınov bildirdi ki, smartfon Rusiya bazarına çıxdıqdan sonra bir neçə Avropa bazarında da görünəcək.