Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq  Əmirovun verdiyi məlumata görə, artıq Yandex-in tərcümə servisində eston, latış, Azərbaycan, yunan, slovak, sloven, alban, katalon, Makedoniya, fin, macar, norveç və digər dillər əlavə olunub. “Yandex Tərcümə” servisi 33 dildə tərcümə emal edə bilər və onlardan istənilən dilə və istənilən dildən bu dillərə tərcümə edə bilər.


 


Ekspertlərin sözlərinə əsasən, onlayn tərcüməçidə təkcə irland, island və gürcü dilləri yoxdur və bu dillər də yaxın gələcəkdə əlavə ediləcək. Xatırladaq ki, “Yandex Tərcümə” – sözlərin, söz birləşmələrinin, bütöv mətnlərin, həmçinin veb-səhifələrin avtomatik tərcümə servisidir. Servis, “Yandex”də yaradılan  maşın tərcüməsi texnologiyasını istifadə edir. Servis iki rejimdə işləyir: mətnin tərcüməsi və veb-səhifənin tərcüməsi.