Braziliyilalı supermodel Jizel Bundxen H&M şirkətinin reklam çarxında The Kinks qrupunun "All Day And All Of The Nights" mahnısının cover versiyasını ifa etdi. Jizel Bundxen 2011-ci ildən H&M-nin reklam kampaniyasında çəkilir. Yeni çarxda dünya şöhrətli model ağ-qara klipdə müğənni rolunda çıxış edir. Jizelin ifa etdiyi mahnını sentyabrın 12-dən etibarən iTunes-da yükləmək mümkün olacaq. Mahnının satışından əldə onunan vəsait isə UNİSEF uşaq fonduna köçürüləcək.
Brend tez-tez ulduzları marketinq əməkdaşlığına dəvət edir. Xatırladaq ki, bundan əvvəl Beyonce və Devid Bekhem da brendin reklam kampaniyalarında parlaq iştiraklar kimi yadda qalıblar.