"Nokia" şirkəti amerikalı pop ulduz Keti Perrinin çəkildiyi yeni reklam çarxında sponsor kimi çıxış etdi. Müğənni reklam çarxında Nokia Lumia 1020 smartfonunu reklam etdi. "Product placement"in yerləşdirilməsi ilə beynəlxalq Propoganda GEM agentliyi məşğul oldu. Klipin sujet xəttində təyyarə qəzasına düşən Keti cəngəllikdə pələngi əhilləşdirərək "heyvanlar kraliçası" olur.



Keçmiş həyatdan Ketidə yalnız "Nokia"nın yeni smartfonu qalmışdır. onun 41 MG-li kamerası vasitəsilə Keti ətrafda baş verənləri yaddaşda həkk etdirir. Məhz bu məqsədlə şəbəkədə Nokia Lumia 1020-nin kamerası ilə çəkilmiş backstage-şəkil və videodan ibarət çarx meydana gəldi. Çarx bir neçə günə YouTube-da milyonlarla baxış topladı. "Mikrosoft" un satın aldığı fin şirkətində bildirdilər ki, Keti Perri obrazı gənc, aktiv, həyatın hər anını yaddaşda həkk etdirən auditoriya üçün tamamilə uyğundur.