Britaniyanın farmakoloji şirkəti GloxoSmithKline (GSK) LukozadeRibena brendlərini satacaq. Şirkət bu brendlərin adı altında alkoqolsuz içkilər istehsal edirdi. Yaponiyanın Suntory Beverage&Food LTD yeyinti korporasiyası brenləri 2.1 milyon dollara alır. Sözləşmə 2013-cü ilin sonuna qədər imzalanmalıdır.



GSK məhz farmakoloji məhsullar istehsalına başlamış və energetik, meyvəli içkilərdən imtina etmişdir. Nigeriyada GSK yaponların lisenziyasına əsasən içkilərin hazırlanmasını davam etdirəcək. Şirkətin məlumatına görə 2012-ci ildə "Ribena" brendinin məhsul satışının miqyası 500 milyon funt təşkil etmişdir.