Televiziya kanallarında "Aquşa" brendinin yeni reklam kampaniyasına start verildi. Brendin yeni pozisiyası Leo Burnett Group Russia tərəfindən yaradılan "İdeal uşaq" animasiya çarxında əks olunur.



Sirr deyil ki, analar həmişə öz uşaqlarını başqaları ilə müqayisə edir və onların ideal olmalarını istəyirlər. "Aquşa" bir marka kimi hər uşağın özünəməxsus və unikal olduğunu bilir. Məhz bu da yeni kampaniyanın ideyası oldu. Layihənin müəllifləri "İdeal mövcud olmayan uşaqlardır" ideyasını əsas götürürlər. Əsl uşaqlar müxtəlif xarakterlidir və valideynləri tərəfindən sevilir.



Çarxda bu ideya 2 hissəli əks olunmuşdur: Birinci hissədə-vaxtında yatan, yeyən, danışan (hətta ingiliscə)- "ideal uşaqlar" animasiya şəklində nümayiş olunur. Amma onlar yalnız rəsmlərdir. İkinci hissədə-bir yerdə dayanmayan, hər yeri dağıdan,amma buna baxmayaraq sevilən- "əsl uşaqlar" nümayiş olunur.


Xatırladaq ki, Leo Burnett "Vimm-Bill-Dann" (Pepsico) şirkətinin "Aquşa" brendinin kreativ xidmətində tender qazanmışdır.