Kommunikasiya agentliyi OTVETDESIGN Peterburq şirkəti "Qamma Plus" a məxsus olan "Sunfeel" markalı konservləşdirilmiş tərəvəzlərin dizaynını hazırladı. Kreatorlar qeyri-adi dizayn təklif etdilər. Dizayna əsasən bibər, pomidor və digər tərəvəzlər komik obrazlarda, bığlı və gündən qoruyucu büyük eynəklərlə təsvir olunmuşdur.



"Biz markaya bir qədər məzəli, eyni zamanda xeyirxah obraz vermək istəmişik. Heç bir kimya yoxdur, yalnız təbii gözəllik və çəkicilik. Bankada olan hər bir tərəvəz təkrarolunmaz görünüşə malikdir. Onlar günəşi hiss etdikləri və ondan zövq aldıqları üçün belədirlər. Bu uşaqlardan öyrəniləsi çox şey var".-agenlikdə kreativ kampaniyanı dəyərləndirdilər.



"Qamma Plus" şirkəti məhsul bazarında 1995-ci ildən çalışır və Rusiyanın şimal-qərbində konservləşdirilmiş tərəvəz ticarətində liderlərdən biridir. "Sunfeel" brendi 2005-ci ildən yaranıb.