Unikal reklam layihəsi qadın geyimi mağazası "SIAMMSIAMM" a minlərlə potensial müştəri qazandırdı, SANSARA qrupuna isə bir qəpik də xərcləmədən yeni "Sevən gözlər" mahnısına klip çəkməyə imkan yaratdı. Bu layihədə kimin daha çox qazandığını demək çətindir: Demək olar ki, çoxları qazandı: mağazanın sahibləri, fanatlar, musiqiçilər.


Sosial şəbəkələrdə və "SiammSiamm" ın rəsmi saytında istənilən bir qızın "Sansara" nın yeni klipində çəkilə biləcəyi haqqında mesaj yayıldı. Bunun üçün sadəcə dəbli geyim salonu "SiammSiamm" a gəlmək, bəyəndiyiniz paltarı, ya da aksessuarı almaq və tanınmış animasiya ustası Nina Bisyarinadan unikal printlərlə zəngin 200 futbolkadan birini hədiyyə qazanmaq kifayətdir.


Layihəyə qatılan ilk 180 qız reklam kampaniyasında iştirak etdi. Hər bir qız və təqdim etdiyi print klipin animasiyasının bir kadrına çevrildi. Klip bir neçə ay ərzində hazırlandı və bir-birinin ardınca düzülmüş kadrlar şəklində təqdim olundu.