Apple-in yeni İphone-larda tətbiq etdiyi barmaq izi skaneri texnologiyası hakerlər tərəfindən sındırılıb.
Berlində yerləşən Chaos Computer Club (CCC) üzvləri, veb səhifələrində “Touch ID”ni sındırdıqlarını bəyan ediblər. Həmçinin etdikləri əməliyyatı YouTube-da yayımlayıblar.
Açıqlamada, “Starbug” adındakı hakerin lazer üsulundan istifadə edərək orijinal barmaq izinin saxta qəlibini meydana gətirərək sensoru açdığı qeyd olunur.
İlk olaraq orijinal barmaq izinin 2400 dpi dəqiqliklə fotosu çəkilib. Əldə edilən görüntü təmizlənib, tərsinə çevrilib və daha sonra şəffaf bir səth üzərinə 1200 dpi dəqiqlik ilə çap edilib. Son olaraq, çəhrayı kauçuk südü və ya ağ yapışqan çap edilmiş səthin üzərinə tökülüb. Bu əməliyyatın ardından incə kauçuk təbəqə səthdən götürülüb və bir müddət gözlənildikdən sonra saxta barmaq izi qəlibi forması əmələ gəlib.
Qeyd edək ki, Apple barmaq izi skanerini sındırana 16 min dollar verəcəyini bəyan eymişdi.
ABŞ-ın texnologiya nəhəngi Apple, iPhone 5S modellərindəki barmaq izi kilidiylə əlaqədar açıqlama yayıb.
Apple, barmaq izi kilidini açmağı bacaranı mükafatlandıracağını bildirib. Açıqlamaya görə, kilidi açmağı bacaran haker, 16 min dollar qazanacaqdır.