Londonun Butterfly Agency studiyası Oriflame şirkətinin uşaqlar üçün dəriyə qulluq vasitələrinin yeni dizaynını yaratdı. Artıq "Babe" bağlamalarının üzərində məhsulun tərkibinə də daxil edilmiş pambıq şəkli görünəcək. Dizaynerlər əmindirlər ki, bağlamaların dizaynı qayğıkeş anaları cəlb edəcək. "Oriflame" üçün narıncı, firuzəyi, mavi, çəhrayı və bənövşəyi rənglər seçilmişdir.



Pambıq şəkli isə təsadüfən seçilməyib. Bu öz uşaqları üçün ən yaxşı və keyfiyyətli məhsul axtaranları cəlb etməlidir.


"Oriflame" ilə ButterflyCanon studiyasının əmıkdaşlığının uzun tarixçəsi var. Bundan əvvəl agentlik uşaqlar üçün nəzərdə tutulmuş "Aimi" məhsulları üzərində çalışmışdır.



"ButterflyCanon" 60 illik iş təcrübəsinə malik olan Londonun kreativ agentliyidir. Agentlik Dove, Helneken, Absalut Vodka kimi brendlərlə çalışmışdır.


"Oriflame" isə 1967-ci ildən fəaliyyət göstərən dəriyə qulluq və kosmetik vasitələr, porfümeriya və aksessuarlar istehsal edən isveç şirkətidir.