Antiviruslarən hazırlanması və proqram təhlükəsizliyi ilə məşğul olan McAfee şirkəti "LifeSafe" -a istifadəçinin porolunun təhlükəsizliyini təmin etmək üçün xidmətlər təklif edir. Konsepsiyaya əsasən bu xidmətlər istifadəçini digital ekizindən qorumalıdır. İnsanlar bir neçə platforma və cihazda eyni poroldan istifadə edirlər. Bəziləri hətta öz iş stolunda bütün porollarla birlikdə qovluq da yerləşdirirlər. "McAfee"- nin kreativ direktoru Bred Berq hesab edir ki, insanın özünü düzgün aparmamasının nəticəsi olaraq təhlükə xaricdən deyil, daxildən gəlir.
Yaradıcı ideyanın həyata keçirilməsi ilə Venables Bell&Partners məşğul oldu. Onlar adi insanların öz rəqəmsal prototipləri ilə gülməli formada ünsiyyət qurduqlarını nümayiş etdirən 3 video çarx təqdim etdilər. Hər bir video çarxın qəhrəmanı öz ekizinə internetda şəxsi məlumatları yerləşdirəndə diqqətli olmağı məsləhət görür.
Şirkətin şüarı belədir: Özünüzü rəqəmsal ekizinizdən müdafiə edin!