"Apple" şirkəti yeni smartfonlarının (iPhone 5S və iPhone 5C) satış həcmi haqqında hesabat verib. Amerika şirkəti 3 gün ərzində 9 milyon yeni smartfon satıb. Ekspertlər bunu Çin istifadəçilərinin "Alma" şirkətinə böyük marağı ilə izah edirlər. Xatırladaq ki, bir il bundan əvvəl "iPhone 5" smartfonu satışa çıxarıldıqda ilk 3 gün ərzində 5 milyon ədəd nüsxə satılmışdı.