"Operanın canlı orqanı" Lowe Roche layihəsinin müəllifləri hesab edirlər ki, əsl incəsənət sərhədlər tanımır və opera hər kəs üçündür.


Fransanın mədəni-tədris televiziya şəbəkəsi olan Ontario (TFO) üçün adi şəhər parkında unikal interaktiv meydança yaratdılar. Burada ürəyi istiyən hər kəs özünü opera yaradıcısı rolunda sınaya bilər.



Video çarxda görünən cihaz klavişları professional opera ifaçıları tərəfindən səsləndirilən nəhəng bir fortepiano klaviaturasını xatırladır. Mexanizm təsadüfən klavişların üzərinə toxunanda işə düşür. Təşkil olunmuş əyləncədə uşaqlarla bərabər, böyüklər də iştirak edə bilər.