Amerikadan olan tələbələr Kristin Kim və Eleyn Bay çox təsirli animasiyalı video çarx hazırladılar. Video çarxın əsas qəhrəmanı xoşagələn bir donuzdur. Onun ən çox sevdiyi yemək yumurtadır. Bir gün kafedə həmişəki kimi sevdiyi yeməyi gözləyən zaman gözəl bir toyuqla qarşılaşır və ona aşiq olur.


Görəsən indi o, xanıma-toyuğa olan sevgisindən yoxsa ən sevdiyi yemək-yumurtaya olan sevgisindən əl çəkəcək?


Sevgi yoxsa adət "Toyuq yoxsa yumurta" adlı qısametrajlı animasiya filmində nümayiş olunur.