G-Force agentliyi yeni süd brendinin adından dizaynına qədər kompleks layihəsini hazırlayıb təqdim etdi. Yeni brend Sutelle adlanır.


Müəllifləri məhsulun heç bir əlavə qatqısı olmaması maraqlandırdı. Ona görə məhsulun adının əsası "Sut" (yəni yalnız süd) sözündən ibarətdir. Sonda gözəl səsləmə üçün "elle" sözü əlavə olunmuşdur. Konsepsiya belədir: "Artıq heç nə".


Məhsul yağlılıq faizinə görə müxtəlif rəngli bağlamalarda hazırlanmışdır. Amma bununla belə məhsulun bağlamalarının rəngi yağlılıq faizi ilə ölçülmür. Məsələn yüngül süd göy, yağlı isə qırmızı rəngdə ola bilər.



Adətən alıcılar lazımi yağlılıq faizini seçməkdə çətinlik çəkirlər. Buna görə agentlik yeni yanaşma tərzi seçdi. Həmişə məhsulların üzərində yağlılıq faizi qeyd olunur. Amma agentlik hesab edir ki, əsas məhsulun dadı və asan yadda qalmasıdır. Bunun üçün bağlamaların üzərində rəqəmlər önə çəkilmişdir. Yağlılıq faizi artdıqca rəqəmlərin ölçüləri də artır.


Qeyd edək ki, hər bir rəqəm üçün illüstratorlar tərəfindən ayrıca stil hazırlanmışdır. Məsələn elə rəqəmlər var ki, onlar animasiya şəklində hazırlanmışdır.



Yaradıcı qrup:



Art-direktor: Teymur Aitov


Kopirayter: İqnat Əkrəmov


Aydentika: Teymur Sadiy


İllüstratorlar: Tatyana Kim, Teymur Sadiy, Teymur Aitov


3D: Ramil Qarayev


İdeya: Viktor Səttərov, Təhminə Şirməhəmmədova, İqnat Əkrəmov, Teymur Sadiy, Teymur Aitov