"Samsung" şirkəti qızıl rəngli korpusla təchiz edilmiş "Galaxy S4" smartfonunu istehsal edəcək. Bu barədə "Samsung"un Birləşmiş Ərəb Əmirlikləri üçün mikrobloqunda deyilib.

Aparatın iki variantı təqdim ediləcək: "çəhrayı-qızıl" (Gold Pink) və "qəhvəyi-qızıl" (Gold Brown). Onların üz paneli müvafiq olaraq çəhrayı və ya qəhvəyi rəngdə, yan tərəfləri isə qızıldan olacaq. Şirkət qurğuların çıxarılma tarixini açıqlamayıb.