Eşitmə qabiliyyətini itirmiş insanlar yaşadığımız dünyanı özünəməxsus şəkildə dərk edən insanlardı. Onlar eşitmirlər lakin digər hissiyyat üzləri çox yaxşı inkişaf etmişdir. Məhz buna görə də dünyanı adi insanlardan daha dərin dərk edirlər. Bu insanlar çox həssas olurlar, əgər sevirlərsə ürəkdən sevirlər, arzu edirlərsə bu arzuya çatmaq üçün bütün gücləri ilə can atırlar.



Müxtəlif dövrlərdə yaşamış dünya şöhrətli yazıçıların, şairlərin, bəstəkarların arasında da eşitmə qabiliyyətindən məhrum olan insanlar var. Bunlardan Pyer De Ronsar, Lyudvik Van Betxoven, Karel Çapek, Jan Jak Russo və bir çoxlarını göstərmək olar.


Biz sizə özləri və ətraf aləm ilə daima mübarizə aparan güclü insanlar haqda çəkilmiş reklam çarxlarını təqdim edirik.