Mashable saytının xəbərinə görə Samsung, oktyabr ayında bükülü ekrana malik yeni bir telefon modelini satışa təqdim edəcək. Samsung-un strateji satışa çıxarma müəssisəsinin başçısı D. J. Lee, Galaxy Note 3-ün Seulda keçirilmiş təqdimatında yeni bükülən ekran texnologiyasından söhbət açıb və bükük ekrana malik bir prototipi tanıdıb. Təqdimatda nümayiş edilmiş prototipdə, ekranın telefonun sağ tərəfinə doğru bükülərək əlavə istifadə sahəsi yaratdığı görülüb.


OLED ekrana malik olacaq telefonun adının nə olacağı açıqlanmayıb. Telefon ekranın bükülü olmasına baxmayaraq tamamilə bükülə bilən xüsusiyyətə malik olmadığı da gələn məlumatlar arasındadır.