“Instagram” fotohostinq xidmətindən verilən məlumata əsasən, Amerika auditoriyası üçün istifadəçi fotolentlərində reklam nümunələri yerləşdiriləcək. "Gələcəklə bağlı böyük ideyalarımız var, lakin onları reallaşdırmaq üçün güclü biznes yaratmaq lazımdır" – “Instagram” komandası deyib. Xatırladaq ki, “Instagram” xidməti ilin əvvəlində “Facebook” tərəfindən 1 milyard dollara satın alınıb. Hazırda “Instagram”ın istifadəçilərinin sayı təxminən 150 milyon təşkil edir.


Sözügedən xidmətin direktoru Kevin Sistrom deyib ki, reklam sisteminin tətbiqi şirkətin öz gələcəyini təmin etməsinə lazımdır.