Oktyabrın 4-də "Həyat" qəzeti (News Media Arama Qabrelyanova) özünün gələcək inkişafı və auditoriyasının miqyasını daha da böyütmək məqsədilə yeni reklam kampaniyasına başladı. Kampaniya çərçivəsində 10 Chery avtomobili oynanılır. Redaksiyanın nümayəndələri bildirdilər ki, reklam kampaniyası 80 milyona yaxın insanı əhatə edir.
Aksiyanın xüsusiliyi brendləşdirilmiş treylerin Rusiyanın ən iri şəhərləri boyunca hərəkət etməsidir. Həmçinin Rusiyanın ən iri şəhərlərinin meydanlarından dayanacaq məntəqəsi kimi istifadə olunması və mobil yazışma məntəqəsinin quraşdırılması nəzərdə tutulmuşdur. Dayanacaq məntəqələrində əyləncə tədbirlərinin keçirilir və "Həyat" qəzetinə abunə yazılanlara hədiyyələr verilir.
Qəzetə abunə yazılanların hamısı oynanılan avtomobili qazanmaq şansı əldə edirlər. Cəmi 10 avtomobil oynanılır, bunlarda 3-nü Nikolay Baskov şəxsən qalibə təqdim edəcək.
Nikolay Baskovun iştirakı ilə reklam çarxları federal və reqional kanallarda, həmçinin radiostansiyalarda yayımlanacaq, xarici reklam isə Rusiyanın 12 zonasında yerləşdiriləcək.

