Swarovski brendi yeni reklam kampaniyasını hazırlayır. Reklam kampaniyası üçün hazırlanmış şəkillər House and Holme agentliyinin kreativ direktoru Ronni Kuk Nyuhausun rəhbərliyi altında fotoqraf ingilis Nik Naytın əl işidir. Çəkilişlərin nəticəsi tezliklə nümayiş olunacaq.
Reklam kampaniyasında Miranda Kerr "Swarovski" nin gecə və gündüz kolleksiyasından ən məşhur bəzək aksessuarlarını nümayiş etdirir. Zərgərlik məmulatları Mirandanın təbii gözəlliyini natürmortların və xüsusilə ingilis bağlarından Nik Nayt tərəfindən seçilmiş qızılgüllərin örtüyündə daha da qabarıq vurğulayır. Beynəlxalq reklam kampaniyasına videoçarx da daxildir. Videoçarxda səsləndirilən musiqinin müəllifi və ifaçısı müğənni, bəstəkar və prodüsser Farrel Vilyamdır.
Swarovski idarəetmə heyətinin üzvi Nadya Swarovski: Biz Ronni Kuk Nyuhausun və Nik Naytın reklam kampaniyasının hazırlanmasında iştirak etməsindən çox məmnunuq. Nikın təklif etdiyi bağ qızılgülləri və Mirandanın gözəlliyi, təravəti, cazibədarlığı Swarovskinin zərgərlik əsərlərini tamamlayır. Genişmiqyaslı reklam kampaniyası dünyanın 25 ölkəsində noyabr ayında jurnalların buraxılışı ilə start götücərəcək.
