Beynəlxalq səviyyəli dizayner Qreq Loran özünün Greg Lauren ətirləri üçün yeni flakon yaratdı. Limitli ətir seriyasında o, dəbi və incəsənəti birləşdirdi.


"Mənim üçün incəsənət studiyasında olan həyatın flakonda təcəssüm etməsi həmişə çox önəmli olub. Studiyamda ən sevdiyim əşya müxtəlif maddələrlə dolu olan şüşə qablardır." - Qreq Loran bildirdi.



Müəllifin sözlərinə görə studiyada olan şüşə qabların yarlıqları köhnəlib, çoxusunun rəngi solub. "Mən onların üzərindəki yazını köçürdüm və bu nə isə bir yenilik oldu."- dizayner bildirdi.


Qreq Loran dəbə öz yanaşması ilə seçilən beynəlxalq səviyyəli dizaynerdi. O, incəsənətlə dəb arasındakı sərhədləri yox edir və öz kolleksiyasının köməyilə cəmiyyətdə şəxsiyyətin bütövlüyünü, həmçinin ənənəvi rolunu tədqiq edir.