Mobil riteyler "Evroşəbəkə" Nokia 515 modelinin reklam kampaniyasını hazırladı. Kampaniyanın xüsusiliyi modelin smartfon deyil, düyməli olmasıdır. Kampaniyanın müəllifləri bunu klassik model adlandırırlar.
"Mənim fikrimcə layiqli düyməli telefonlar heç vaxt dəbdən düşmür. Bu cür model telefonları daha çox smartfonları olan insanlar alternativ kimi istifadə edirlər. Yaxşı keyfiyyətli və gözəl dizaynlı klassik telefonlar həmişə dəbdədi."- "Evroşəbəkə" nin ticarət departamentinin rəhbəri Aleksey Şirokov bildirdi.
Kampaniya çərçivəsində 2 reklam çarxı hazırlanmışdır: 15 saniyəlik və 10 saniyəlik çarxlar. Çarxların yayımlanması oktyabrın 27-nə qədər davam edəcək.