Ukraynada Mcdonaldsın bütün şəbəkələrində "Kofe abu-havası" adlı kampaniya keçirilir. Burada hər kəs tanımadığı şəxsi bir fincan kofeyə dəvət edə bilər. Kampaniyada yalnız Facebook və vKontante sosial şəbəkələrinin istifadəçiləri iştirak edə bilərlər. Bu kampaniya oktyabrın 31-dək davam edəcək. Artıq 100 min nəfərə qədər insan kampaniya ilə maraqlanıb. "McDonalds" ın təzə üyüdülmüş dənli kofesi ukraynalılar arasında çox məşhurdur.
"Biz kofe vasitəsilə istilik və xoş əhval-ruhiyyə yaratmaq istədik." - "McDonalds Ukrayna LTD" nin marketinq direktoru Yuliya Badretdinova bildirdi.
"McDonalds" artıq 3-cü dəfədir ki, bu kampaniyanı keçirir. Kampaniya əsasən Ukraynada kofe mədəniyyətinin inkişafına yönəldilmişdir. Bundan başqa saytda səsvermə keçirilərək ən yaxşı abu-havalı McDonalds seçiləcək.


