Lufthansa şirkəti adı dəyişərək aviaşirkətin hesabına Berlində yeni həyata başlamağa razılaşacaq İsveç vətəndaşını axtarışındadır. Berlində yaşayacaq namizəd adını istənilən adla dəyişməməli, yalnız Klaus-Haydi adına dəyişməlidir (iki məşhur alman adı).
Lufthansa şirkəti adını dəyişdirməyə qərar verəcək namizədin Berlinə uçuş biletini, həmçinin iştirakçının ekskursiyaya yola düşəcəyi Frankfurt və Münhen şəhərlərinə iki daxili uçuş biletinin xərclərini də ödəyəcək. Namizəd həmçinin aviaşirkətin hesabına tamamilə təchiz olunmuş 70 kv sahəli mənzil və velosiped əldə edəcək, il ərzində dil kurslarına qatılma imkanı və digər müxtəlif bonuslar da əldə edəcək.
Müsabiqədə iştirak etmək üçün iştirakçıların adının Klaus-Haydi adına dəyişildiyi haqda təsdiqlənmiş sənəd təqdim olunmalı və motivasiya yönümlü məktub yazmalıdır. Müsabiqə 28 noyabr tarixinədək davam edəcək. İlk baxışdan qəribə səslənən promo-kampaniya iki faktla provokasiya olunub: isveçlilər adlarını tez-tez dəyişdirməyi və Berlinə səyahət etməyi çox sevirlər.